İran Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin sayını açıqlayıb

img

02-03-2020 [14:45]


İran Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin sayını açıqlayıb.

İran Səhiyyə nazirinin müavini Əlirza Rəisi ölkədə daha 12 nəfərin bu infeksiyanın qurbanı olduğunu bildirib.

Beləliklə, İranda koronavirusdan ölənlərin sayı 66 nəfərə çatıb. 

Onun sözlərinə görə, daha 523 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 1 501 nəfərə çatıb. Bu günədək 291 nəfər isə koronavirusdan sağalıb.

"İndiyədək ölkədə 7 280 nəfər xəstəxanalara müraciət edib. Onlardan 4 312 nəfərdən yaxma nümunəsi götürülüb və 1501 nəfərin analizinin nəticələri müsbət çıxıb", - İran Səhiyyə nazirinin müavini Əlirza Rəisi bildirib. 

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR