Şikəst olan vətəndaşdan müavinət düzəltmək üçün rüşvət istəyirlər – ƏƏSMN isə 10 gündür suala cavab vermir + VİDEO

img

02-03-2020 [11:14]


Ötən il ağır avtomobil qəzasına düşüb şikəst olan Sabirabad rayon sakini Kərimov Xudaverdi Qurban oğlu Azinforum.az İnformasiya Portalına müraciət edib, aidiyyəti qurumların ona qanuni haqqı olan əlilliyə görə təqaüdü vermək üçün rüşvət istədiklərini deyib.

Şikayətçi bu barədə verdiyi videomüsahibədə ətraflı danışıb. Yaranmış vəziyyətə aydınlıq gətirmək üçün, sorğu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mətbuat xidmətinin rəhbəri Fazil Talıblıya müraciət etdik.

Fazil müəllim bizə məsələni tez bir zamanda araşdırıb cavab verəcəyini desə də, 10 gün ərzində heç bir cavab verməyib.

Hesab edirik ki, vətəndaşın şikayətində korrupsiya ilə bağlı araşdırıması zəruri olan xüsusatlar var. Yəqin ki, əlaqədar qurumlar bu məsələni diqqətdə saxlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA