Biləsuvarda qalmaqal: "İcra başçısı ilə bələdiyyə sədri torpaqlarımızı əlimizdən alırlar" - Şərhlər
27-02-2020 [16:07]
Biləsuvar rayonunun Səmədabad kəndində heyvandarlıqla məşğul olanlar üçün ciddi problemlər yaranıb.
Sputnik Azərbaycan-a müraciət edən bir qrup kənd sakini heyvanlarını otarmaq üçün örüş sahəsi tapmadıqlarını deyirlər.
Bu barədə Sputnik Azərbaycan-a danışan kəndlilər və sahibkarlar əllərində olan otlaq sahələrinin müxtəlif bəhanələrlə onlardan alındığını bildirirlər.
Şikayətçilərdən biri də Biləsuvar rayonu, Səmədabad kənd sakini Nadir Novruzovdur.
N.Novruzov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kənddə heyvandarlıqla məşğul olan sakinlər mal-qaralarını otarmağa örüş sahələri tapa bilmirlər. Rayon sakininin iddiasına görə, əvvəllər heyvan otardıqları sahələr indi Səmədabad kənd bələdiyyə sədri Hidayət Həsənov tərəfindən əllərindən alınır. Novruzovun sözlərinə görə, bələdiyyə sədri Səmədabadın torpaqlarını məmurlara satıb. O, iddia edir ki, bu işdə bələdiyyə sədrinə Biləsuvar Rayon İcra Hakimiyyətindən də dəstək verilir:
"Səmədabadın torpaqları kənd camaatının əlindən alınır. Camaatın dolanışığı torpaqdan, əkin-biçindən və heyvandarlıqdan çıxır. İndi biz mal-qaramızı otarmağa yer tapmırıq. Camaat da narazılıq edir. Amma bizim narazılığımıza məhəl qoyan yoxdur".
N.Novruzov deyir ki, özünüməşğulluq proqramı çərçivəsində ona 21 baş heyvan verilib. Amma o, həmin heyvanları otarmağa yer tapmır.
Otlaq sahələrinin əllərindən alınmasından Səmədabad kəndində heyvandarlıqla məşğul olan digər fermerlər də ciddi narazılıq edir. Məcburi köçkün fermer Talıb Muradov Sputnik Azərbaycan-a bildirib ki, onların ailəsi dədə-babadan heyvandarlıqla məşğul olub. Elə Muradov məcburi köçkün düşdükdən sonra da qardaşları ilə birləşərək heyvandarlıq təsərrüfatı qurub. Hətta heyvandarlığı inkişaf etdirmək üçün bələdiyyənin qərarı ilə dövlət reyestr xidmətinin çıxarışı əsasında kənddən 140 sot torpaq sahəsi də alıb. Amma indi bələdiyyə sədri müqaviləni ləğv edir:
"Bələdiyyə sədri mənim torpaqlarımın əkin üçün olduğunu əsas gətirərək əlimdən alınması üçün məhkəməyə müraciət edib. Buna səbəb odur ki, mən onun istəyi ilə hərəkət etməmişəm. H.Həsənov torpaq sahəsinin məndə qalması üçün 3 min manat və 10 qoyun aldı. Sonra da dedi ki, 10 min manat da pul ver, sənə dəyməyim. Əks halda, torpağı mənim əlimdən alacağını söylədi. İndi məni məhkəmələrə verməklə torpağımı əlimdən alır. Halbuki, mən sahibkaram, vergi ödəyirəm. Biz 5 qardaşın ailəsinin qazancı, dolanışığımız heyvandarlıqdan çıxır. Prezidentimiz də deyir ki, sahibkarlara şərait yaradılmalıdır. Amma bələdiyyə sədri nəinki bizə şərait yaradır, əksinə, torpaqlarımızı əlimizdən almaqla sahibkarlıq fəaliyyətimizə mane olur".
Talıb Muradov deyir ki, Biləsuvar kimi yerdə otlaq sahəsi olmasa, heyvanlar acından qırılar:
"Biz bütün günü heyvanları tövlədə bəsləyə bilmərik axı. Heyvan saxlamaq üçün örüş yeri olmalıdır. Onsuz da Səmədabad kəndində torpaqların çoxunu bələdiyyə sədri qanunsuz olaraq məmurlara satıb. İndi də niyyəti odur ki, bizim olan-qalan torpağımızı əlimizdən alıb heyvandarlıq təsərrüfatımızı məhv etsin. Bu ölkəyə taxıl, arpa, tərəvəz lazım olduğu kimi, heyvandarlıq məhsulları da lazmdır. Ölkədə heyvandarlıqla məşğul olan fermerlərin sayı azdır. Belə etməklə bələdiyyə sədri bu sahəni də tənəzzülə uğradır".
Səmədabad bələdiyyəsinin sədri Hidayət Həsənov isə ona qarşı kənd sakinlərinin irəli sürdüyü ittihamları qəbul etmir. O bildirir ki, hökumətin istifadəsiz qalan boş torpaq sahələrindən səmərəli istifadə ilə bağlı qərarı var:
"Mən heç kəsdən pul tələb etməmişəm. Onlar da mənim kəndli qardaşlarımdır. Mənim işim həm də sakinlərin narazı qaldığı məsələləri həll etməkdir. O ki qaldı onların torpaqlarının əlindən alınmasına, bunun üçün məhkəməyə müraciət edilib. Biz vəzifəmizi yerinə yetiririk".
Qeyd edək ki, son illər torpaqlardan təyinatına uyğun və səmərəli istifadə, əsassız zəbt olunmasının qarşısının alınması istiqamətində nəzarət tədbirləri gücləndirilir. Boş və fəaliyyətsiz qalan torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması istiqamətində təhlillər aparılıb, aşkar edilən belə torpaqlar sakinlərdən alınaraq dövlətin mülkiyyətinə qaytarılır. Amma bu qərarın otlaq yerlərinə aidiyyəti yoxdur. Hökumət tələb qoyub ki, mövcud olan boş sahələrdə əkin yerləri yaradılsın. Otlaq yerlərinin kənd sakinlərinin, sahibkarların əllərindən alınması ilə bağlı tələb isə yoxdur.
Buna baxmayaraq, göründüyü kimi, kəndlərdə bələdiyyə sədrləri otlaq sahələrini boş və istifadəsiz torpaqlar kimi qələmə verməklə həmin torpaqların təyinatının dəyişdirilməsinə nail olurlar. Məlumat üçün bildirək ki, bu problem bir neçə il bundan əvvəl də yaranmışdı. 2014-2015-ci illərdə rayonlarda fermerlər yem çatışmazlığı səbəbindən heyvanlarını kütləvi şəkildə kəsməyə başlamışdı. O vaxt mütəxəssislər həyəcan təbili çalaraq bildirmişdilər ki, bir neçə ildən sonra ölkədə heyvan çatışmazlığı yaranacaq, ardınca isə mal və qoyun ətinin qiyməti kəskin bahalaşacaq. Bu fikirlər KİV-də yayılsa da, məsələyə diqqət ayıran tapılmadı. Fermerlər üçün şərait yaradılmaq əvəzinə, mövcud örüş sahələri də sakinlərin əlindən alındı.
Ekspertlər də əkin sahələrinin inkişaf etdirilməsinin heyvandarlığın inkişafına mane olmamalı olduğunu söyləyirlər.
Seçilmiş millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, bəzi yerlərdə hökumətin tələbini icra hakimiyyəti orqanları, bələdiyyələr düzgün yerinə yetirmirlər:
"Hökumət onların qarşısında tələb qoyub ki, mövcud olan boş ərazilərdə taxıl və digər kənd təsərrüfatı bitkiləri üçün əkin sahələri yaradılsın. Amma hökumət tələb etmir ki, otlaq yerlərində taxıl, pambıq əksinlər. İstifadə olunmayan və sahəsi daha geniş olan ərazilərin əkinçilik üçün istifadə edilməsinə ehtiyac yoxdur. Bəzi rayonlarda kiçik otlaq sahələri belə əkin üçün istifadə edilir. Bu da effektli deyil. Otlaq sahələrindən başqa məqsədlər üçün istifadə edilməsi iqtisadi baxımdan arzuolunan deyil. İqtisadi tərəfdən yanaşdıqda da, otlaq sahələrindən əkin yerləri kimi istifadə olunması sərfəli olmadığı kimi, heyvandarlığa da mənfi təsir edir. Bu zaman ot azalır, eyni zamanda onun qiymətində artım müşahidə edilir. Bu da ət və süd məhsullarının qiymətinin artımına təsir göstərir, iri və xırda buynuzlu mal-qaranın azalması ilə nəticələnir. Belə problemlər demək olar ki, əksər rayonlarda müşahidə edilir".
Ekspert əlavə edib ki, Azərbaycanda ekoloji kənd təsərrüfatı məhsullarına, xüsusilə də ət, süd və süd məhsullarına böyük tələbat var. Bu tələbin bir hissəsi idxal məhsulları hesabına ödənilsə də, əslində yerli, ekoloji cəhətdən təmiz qida məhsullarının istehsalı da böyük önəm daşıyır. Bu baxımdan, kənd təsərrüfatının inkişafına məsul olan qurumlar, eləcə də kənd bələdiyyələri bitkiçiliklə yanaşı, heyvandarlığın da inkişafında maraqlı olmalı və ona şərait yaratmalıdırlar.
Məlumat üçün onu da bildirək ki, "Azərbaycan Respublikasında 2019-2023-cü illərdə heyvandarlığın inkişaf etdirilməsinə və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair" Dövlət Proqramı hazırlanıb.
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür