Merkel yenidən qalib oldu

img

23-09-2013 [11:18]



Almaniyada keçirilən parlament seçkilərində Anqela Merkelin rəhbərlik etdiyi konservativ blok qalib gəlib. 

Xristian-demokratik ittifaqı və xristian-sosialist ittifaqının tərkibində seçkilərə qatılan blok ilk məlumatlara görə səslərin 41,5 faizini alıb.

2009-cu il seçkilərində bu rəqəm 33,8 faiz olmuşdu. İndiki seçkilərə toplanan artıq səslər Merkelin ğz nüfuzunu daha da möhkəmləndirdiyini göstərir.

A.Markel nəticələrdən çox razı qaldığını və üçüncü dəfə hökumətə rəhbərlik etməyə hazır olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA