Maliyyə Nazirliyində dəyişiklik - Direktor təqaüdə göndərildi

img

24-02-2020 [11:21]


Maliyyə Nazirliyinə məxsus “Məlumat Hesablama Mərkəzi” MMC-nin direktoru Əbdül Dadaşov pensiya yaşının çatması ilə əlaqədar vəzifəsindən azad edilib.

Şirkətə rəhbərlik onun müavini Elnur İbrahimova həvalə olunub.

Xatırladaq ki, “Məlumat Hesablama Mərkəzi” 1996-cı ildə, 6 min manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin əsas məqsədi maliyyə proseslərinin idarə edilməsini təkmilləşdirməkdir/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR