"Əksər kişi müğənnilər yanlarında apardıqları qadın müğənniləri satırlar" -  Əməkdar artistdən şok açıqlama 

img

19-02-2020 [19:50]


"Xəzər Tv" də yayımlanan "Hər şey daxil" verilişinə telefon bağlantısı ilə qoşulan əməkdar artist Sevinc Sarıyeva həmkarlarını ittiham edib.

Mia.az "Yeni Sabah"a istinadla xəbər verir ki, veriliş zamanı əməkdar artist, xanəndə canlı yayımda etdiyi açıqlama şok effekti yaradıb:

"Mən bir məsələni açıqlamaq istəyirəm. Bilirəm, əslində çox böyük ittihamdır, amma mən sözümün arxasında dururam. Dəfələrlə şahidi olmuşam ki, kişi müğənnilər yanlarında apardıqları xanım müğənnini geri qaytarıb tələb edirlər ki, get, açıq paltar geyin! Ona görə demək istəyirəm ki, əksər kişi müğənnilər yanlarında apardıqları qadın müğənniləri satırlar. Axı bu hansı kişiliyə, hansı qeyrətə sığır?!".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı