KTN-nin 30 milyonluq müxtəlif tenderlərinin qalibi haqda maraqlı məlumatlar yayılıb
19-02-2020 [14:14]
2018-ci ildən bəri dövlət büdcəsindən Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlər artan tepmlə davam edib.
Belə ki, təkcə 2019-cu ildə nazirliyə dövlət büdcəsindən 147 milyon 864 min, 2020-ci ildə isə 216 milyon 963 min manat vəsait ayrılıb.
Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi 2013-2018-ci illərdə maldarlığın inkişafı üçün dəyəri yüz milyonlarla ölçülən layihələr həyata keçirib. Nazirliyin dəyəri milyonlarla ölçülən layihələri hazırda da davam etdirilir.
Bəs bu layihə və tenderləri hansı şirkət həyata keçirib?
Arqument.Az-ın əldə etdiyi məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi 2019-cu ilin avqust ayınının 9-dan 2-19-cu ilin dekabr ayınının 19-na kimi 6 lot üzrə sifarişçi olduğu tenderin ümumi məbləği 30.241.087 (otuz milyon iki yüz qırx bir min səksən yeddi manat təşkil edib:
1. Azərbaycan Dövlət Aqrar Universitetinin Mühəndislik fakultəsinin Emalatxana binasının əsaslı təmiri - 698.350
2. Azərbaycan Dövlət Aqrar Universitetinin Əczaçılıq və morfologiya kafedrasının binasının əsaslı təmiri - 1.015.765
3. Aqrar yönümlü Peşə təhsili məktəbinin tikintisi - 5.771.621
4. Qobustan rayonunda iri və xırda buynuzlu heyvanlardan ibarət heyvandarlıq kompleksinin tikintisi - 9.744.578
5. Göygöl rayonunda İri və xırda buynuzlu heyvanların seleksiya damazlıq işlərinin aparılması üçün heyvandarlıq kompleksinin tikintisi - 12.750.533
6. Aqrar Universitetinin Əczaçılıq və morfologiya kafedrasının binasının xarici mühəndis kommunikasiya təchizatı - 260.240.
Dörd ay ərzində davam keçirilən bu tenderlərinin hamısının qalibi isə "FASAD-F" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Tenderlərdə qalib olan şirkətin sahibi İnam Kərimovun qohumudur?
"Fasad-F" Məhdud Məsuliyyətli Cəmiyyəti 7 oktyabr 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Cəfərov Fəxri Aydın oğludur. "Fasad-F” MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev 3 mk, ev 16, mənzil 57-dir.
Məlumata görə, "Fasad-F” MMC-nin qanuni təmsilçisi Cəfərov Fəxri Aydın oğlu əslən Tərtər rayonunun Köçərli kəndindəndir. Eyni zamanda onun Kənd Təsərrüfatı naziri İnam Kərimovun həmyerlisi və qohumu olduğu deyilir.
Yarandığı müddətdən indiyədək ölkə miqyasında heç bir ciddi tikinti işi ilə məşğul olmayan tikinti şirkətinin – "Fasad-F” MMC-nin birdən-birə Kənd Təsərrüfatı Nazirliyinin 30 milyonluq tenderini udması da şirkət rəhbərinin nazirin qohumu olması barədə deyilənlərin həqiqət olduğuna dair ehtimalları gücləndirmiş olur.
Bununla belə araşdırmalarımız zamanı "FASAD-F” MMC barəsində daha maraqlı faktlar əldə edə bildik. Belə ki, 2016-cı ildə təsis edilən "Fasad-F” MMC hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Hüseynbala Əliyev 3 mk, ev 16, mənzil 57 ünvanı göstərilsə də, şirkətin faktiki ünvanı Binəqədi şossesi 12 ünvanında fəaliyyət göstərən "Akabe-İnşaat” şirkətinin ofisi kimi qeyd olunur.
"FASAD-F” MMC 2016-cı ilin oktyabr ayında təsis olunsa da, 2018-ci ildə şirkətdə reyestr dəyişikliyi baş verəndən-rəhbərliyin dəyişikliyindən sonra şirkət aktivləşməyə başlayıb.
Belə ki, bir çox sosial şəbəkələrdə, elan saytlarında "FASAD-F" MMC-yə savadlı mühasiblərin lazım olduğu barədə xəbərlər dərc olunub.
Maraqlıdır ki, bu elanda "Fasad-F" MMC-də işləmək istəyən şəxslərə "AKABE-İnsaat"-ın ofisinə müraciət etmələri bildirilib. Ancaq sonradan bu elanların əksəriyyəti sosial şəbəkələrdən silinib.
Məlumata görə "Fasad-F” MMC-nin qanuni təmsilçisi Fəxri Cəfərov "Akabe-İnşaat”ın direktoru Vüqar Cəfərovun əmisi oğludur.
Mövzu ilə bağlı Arqument.az yanvarın 16-da Kənd Təsərrüfatı Nazirliyinə rəsmi sorğu göndərsə də, nazirlik sorğunu cavablandırmayıb, yazıda qeyd olunan fakt və iddialara cavab verməyib.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə COVİD-19: daha 13215 nəfərdə virus aşkarlanıb
Bu rayonlara qar yağıb - SİYAHI
"Neftçi" "Keşlə"yə qalib gəlib
Aksiyada iştirak edən feministlər döyüldü - VİDEO
ABŞ-da daha 669 nəfər COVİD-19-dan ölüb
Aygündən Faiq Ağayevə replika: "Gəl, görək sənin..."
Azərbaycanda daha 195 nəfər koronavirusa yoluxub, 6 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı
"Sabah"la "Sumqayıt" sülh bağladı
Ruhani Baydenə səsləndi: "ABŞ iqtisadi sanksiyalarını ləğv etsə..."
Yaqub Eyyubov, Əli Əsədov, Oqtay Əsədov, İsmət Abasov, Ziyafət Əsgərov... - YAP rəhbərliyindən uzaqlaşdırılan sabiq və indiki məmurların TAM SİYAHISI
Röya: "O vaxt anama söz verdim ki, heç kəsə möhtac qalmayacaqsan, öz evin olacaq..."
Türk nazir: "Qadınlar bizi bağışlasın..."
Rumıniya Azərbaycana yeni səfir göndərir
Bəşər Əsəd koronavirusa yoluxub
Salyanda maşın qaçıran qadınlar saxlanıldı
Bakıda daha bir intihar: 35 yaşlı kişi özünü binadan atdı
İranda daha 8313 nəfər koronavirusa yoluxub
ABŞ Türkiyənin 30 ATAK zərbə helikopterinin Pakistana tədarükünün qarşısını alıb - Rəsmi Ankara Pekinlə anlaşır
BMT-də Azərbaycanla bağlı bəyannamə qəbul olunub
Deputat iqtidardan seçki islahatı gözləyir: "Proporsional seçki sistemi bərpa olunmalı və..."
Kürdə batan şəxsin meyiti tapılıb
İstanbul Fond Birjasının baş direktoru Hakan Atilla istefa verib
Marsdan yeni fotolar yayıldı - FOTOLAR
Yevlaxda maşın piyadanı vurdu
1 dəqiqə meydanda olmayan "Qarabağ"ın oyunçusu niyə cərimələyib?
Gürcüstanda qadın siyasətçi hərəkat yaradıb
Bakıda yol qəzası olub, bir nəfər ölüb
Qarabağ zonasına gizli keçmək istəyən şəxslər saxlanıldı - DİN açıqlama yaydı + FOTO
Müdafiə Nazirliyi Zəngilandan yeni görüntülər yaydı - VİDEO
FHN: Badamdarda sürüşmə hadisəsi baş verib
Bağlanan banklardakı əmanətçilərə nə qədər kompensasiya ödənilib? - Fonddan açıqlama
Sabahın hava proqnozu açıqlandı
Rusiyada daha 10253 nəfərdə koronavirus aşkarlanıb
Nazirlik Badamdardakı sürüşmə ilə bağlı açıqlama yaydı
Tanınmış reperi maşınında güllələndi
Səudiyyə Ərəbistanının neft bazalarına PUA-larla hücum olub
Azərbaycanda partiya sədri ilə TV prezidentinin köməkçisi əlbəyaxa olub: "Dedi ki, gəl “söhbət” edək və bu zaman..."
"Space TV"-də daha bir veriliş bağlandı
ATV-nin sabiq prezidenti BDU-da kafedra müdiri seçilib
DİN: "Axtarışda olan 47 nəfər tutulub"
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat tapıldı - FOTOLAR
Sumqayıtda spirtli içki içən 16 yaşlı uşaq ölüb
Ermənistanda daha 337 nəfərdə koronavirus aşkarlanıb