"İndiyədək 68 dairə üzrə 385 video yayılıb, bundan sonra yayılanlar isə..." - MSK-dan namizədlərə xəbərdarlıq

img

17-02-2020 [17:08]


"Bu günə qədər sosial şəbəkələrdə 68 dairə üzrə 385 videogörüntü yayılıb. Onların hamısı araşdırılacaq".

Mia.az xəbər verir ki, bu sözləri bugünkü iclasda MSK sədri Məzahir Pənahov deyib.

O, xüsusi olaraq, əlavə edib ki, bundan sonra yayılacaq videolarla bağlı isə heç bir araşdırma aparılmayacaq.

MSK sədri onu da bildirib ki, sosial şəbəkələr çox gözəl bir vasitədir, imkanları genişdi: "Eyni zamanda çox əsaslı bir mənbədir. Əgər sosial şəbəkələr olmasaydı, seçkilər məntəqələrin 98%-ində yaxşı keçməzdi".

M.Pənahov onu da deyib ki, sosial şəbəkələrdə yayılan görüntülər seçki məntəqələrinin 3 faizini əhatə edib: "O üzdən bəzi məsələləri şişirdib, onun ətrafında tələb qoymaq düzgün deyil".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı