Koronavirus Çin iqtisadiyyatını çökdürür - DETALLAR
17-02-2020 [10:38]
Çində koronavirusun yeni ştammının (COVID-2019) yayılması artıq ölkə iqtisadiyyatına öz təsirini göstərməyə başlayıb. Belə ki, 2020-ci ilin birinci rübündə dünya iqtisadiyyatında ikinci yerdə qərarlaşan Çinin demək olar ki, itkisi 1 trilyon yuan (143.1 milyard dollar) təşkil edəcək.
RİA “Novosti” xəbər verir ki, bu barədə “Tayhe” analitik mərkəzinin tədqiqatçısı Cjan Çzyajuy bildirib.
Onun sözlərinə görə, hazırda iaşə sektoru, turizm və pərakəndə satış sahələri ziyana işləyir:
“Ölkə rəhbərliyi davamlı olaraq epidemiyanın iqtisadiyyata təsirinin müvəqqəti və qısamüddətli olduğunu bəyan edir, virusun qarşısı alındıqdan sonra həm istehlakçı tələbatın artacağını, həm də iqtisadi inkişafın sürətlənəcəyini vəd edir. Lakin koronavirus xəstəliyi bir sıra müəssisələrin iflasına səbəb ola bilər”.
Ekspert bildirib ki, hökumət xəstəliyin yayılmasının qarşısını almaq üçün bir sıra ciddi və qabaqlayıcı tədbirlər gördü: “Məsələn, Hubey əyalətində yerləşən Vuhan şəhəri daxil olmaqla bir neçə şəhərdə, Yeni il tətili üçün nəzərdə tutulan istirahət günlərinin sayını çoxaltdı, tədbirlərin keçirilməsinə qadağa qoydu və ölkə daxilindəki səyahətlərin sayını azaltmaq üçün hava və qatar biletlərinin pulsuz olaraq geri qaytarılmasını təmin etdi.
Bu tədbirlər epidemiyanın yayılmasının qarşısını almaq üçün həqiqətən zəruri idi, lakin bu obyektiv olaraq onlar Çinin makro və mikroiqtisadiyyatına da əhəmiyyətli dərəcədə təsir göstərdi”.
Cjan Çzyajuy bildirib ki, virusun ilk zərbəsinə iaşə və otel sənayesi tuş gəldi: “2019-cu ilin ilk rübündə onların gəliri 423.49 milyard yuan təşkil etmişdi və 2020-ci ilin birinci rübündə epidemiya bu iki sənayeyə ağır zərbə vuracaq. Qida xidməti sənayesinin bəzi iştirakçıları qida təchizatı xidmətləri sayəsində az gəlir əldə etsələr də, bu okeanda bir damcı deməkdir”.
O, əlavə edib ki, turizm sənayesi əsas ziyan görən sahələrdən biridir: “2019-cu ilin birinci rübündə bu sahənin yalnız Yeni il tətillərində qazancı təxminən 500 milyard dollar təşkil etdiyi halda bu il demək olar ki, heç bir qazancları olmayıb. Şübhəsiz ki, bu vəziyyət pərakəndə satışa da təsir göstərib. Lakin, onlayn satış sayəsində pərakəndə ticarətin zərərini müəyyən qədər kompensasiya etmək mümkün oldu”.
Report
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib