Daha bir məmurun biznesi ilə bağlı sənədlər yayıldı - BNA rəhbərinin şirkətləri + Sənədlər

img

15-02-2020 [20:31]


Bakı Nəqliyyat Agentliyinin (BNA) rəhbərinin sərnişin daşımada monopoliyaya aldığı sahələr üzə çıxıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli "Facebook" hesabında məlumat yayıb

Cavanşir Həsənlinin BNA rəhbərinin şirkətləri haqqında yazdığını olduğu kimi sizə təqdim edirik:

"Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Ağaməmməd oğlu Kərimli 2010-vu ilin sentyabrında qeydiyyatdan keçmiş "Global Value Group" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) (VOEN2001785791) təsisçisi və qanuni təmsilçisidir. Şirkət Bakı şəhəri Xətai Rayonu, Sabit Orucov, ev 23, m. 76 ünvanında hüquqi qeydiyyatdadır.

BNA rəhbərinin təsis etdiyi daha bir şirkət – "GMSA" MMC isə 2014-cü il martın 14-də Vergilər Nazirliyinin Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdan keçib.

Şirkətin hüquqi ünvanı Bakı Şəhəri Nəsimi rayonu, 20 Yanvar, ev 3, m. 13-dədir.

Vüsal Kərimlinin təsisçisi olduğu "GMSA" MMC ilə eyni ünvanda 2014-cü ilin dekabrında "K GROUP" MMC qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 3000010.00 manat, qanuni təmsilçisi Əliyev Ceyhun Şəfahət oğludur.

Bu şirkət 2018-ci ildə yadadılan Bakı Nəqliyyat Agentliyinin əsas tərəfdaşlarlndan biridir, avtobuslara kart oxuyan cihazlar – validatorlar quraşdırılması sifarişi bu şirkətə həvalə olunur.

Ceyhun Əliyev həmçinin 2008-ci ildə qeydiyyatdan keçmiş "İTPRO SOLUTİONS LTD" MMC-nin də qanuni təmsilçisidir".


Digər xəbərlər
SON XƏBƏRLƏR