Gürcü nazir NATO toplantısında: “Gürcüstanın NATO-ya üzvlüklə bağlı səyləri dönməz prosesdir”

img

13-02-2020 [20:37]


“Gürcüstanın NATO-ya üzvlüklə bağlı səyləri dönməz prosesdir”.

Bunu Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə bildirib.

Nazir deyib ki, Gürcüstan NATO-ya üzv olmaq məqsədinə nail olmaq üçün Alyansla əməkdaşlıq üçün bütün praktiki mexanizmləri uğurla istifadə edib.

Görüşdə NATO-Gürcüstan Tədbirlər Paketinin yenilənməsi, Gürcüstanın müdafiə qüvvələrində həyata keçirilən islahatlar və ölkənin Qara dəniz bölgəsində təhlükəsizliyin möhkəmləndirilməsindəki rolu müzakirə olunub.

Qeyd olunub ki, Gürcüstan NATO-ya inteqrasiyada uğurlu nümunədir və ölkə beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına böyük töhfələr verir/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR