BDU-nun mətbuat katibi vəzifəsindən getdi - Açıqlama
12-02-2020 [12:37]
Bakı Dövlət Universitetinin (BDU) Mətbuat-informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova vəzifəsindən ayrılıb.
Mia.az xəbər verir ki, o, bunu "Facebook" səhifəsində belə məlumat paylaşıb.
"Taleyim Bakı Dövlət Universiteti ilə bağlananda 17 yaşım var idi.
26 ildir ki, tələbə adını qazanıb Bakıya gəldiyim gündən hər səhər bu əzəmətli Universitetin darvazalarından keçmək şərəfini yaşamışam. 1994-1998-ci illərdə Beynəlxalq hüquq və beynəlxalq münasibətlər (ixtisas beynəlxalq jurnalistika) fakültəsində bakalavr, 1998-2000-ci illərdə magistratura pilləsi üzrə təhsil almışam. 2000-ci ildə Mətbuat-informasiya şöbəsinə mütəxəssis vəzifəsinə qəbul edilmişəm. Bu doğma Universitetdə doktorantura pilləsini bitirmiş, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent olmuş, pedaqoji fəaliyyətə cəlb edilmişəm. Bir 10 il (2000-2010) də Mətbuat-informasiya şöbəsində mütəxəssis, bir 10 il isə (2010-2020) şöbənin müdiri işləmişəm. Hər ikimiz 20 illiyimizdə fəaliyyətimizə son veririk. O, yeni adla, mən də pedaqoji fəaliyyətlə yola davam deyirik!
20 illik Mətbuat-informasiya şöbəsi, təbii ki, mənə çox şey qazandırdı. BDU kimi möhtəşəm bir Universitetin gözəl professor-müəllim heyətini, tələbələrini, şöbəmin su kimi saf kollektivini, dəyərli media rəhbərlərini, əziz jurnalist həmkarlarımı! Bu illər ərzində vəzifənin verdiyi şərəfdən daha çox onun məsuliyyətini dərk etdim. Məni tanıyanlar, fəaliyyətimizlə yaxından-uzaqdan tanış olanlar bilirlər ki, bu şöbə üçün iş saatının bitməsi yox, işin bitməsi önəmli oldu! Bir gün olsun belə işdən yayınmadım, verilən tapşırıqlara vicdan və şərəflə yanaşdım, hətta 20 ilin məzuniyyətlər dönəmində də işlərin çoxluğu səbəbindən əsasən iş başında oldum.
Amma nə baş verdi? Baş verən o oldu ki, 20 ilin tamamında gedəsi oldum! Ötən bu illər ərzində Universitetin əsas saytı daxil olmaqla, fakültə, struktur və şöbələrin saytına nəzarət, bəzən gündəlik tədbirlərdə iştirak, xəbərlərin hazırlanması, yayımı və arxivləşdirilməsi, sosial media üzərindən PR işi, sorğulara cavab və Universitetin yubileyləri ilə bağlı olan 13 kitabın hazırlanması işində bəzən gecəyarıyadək iştirak və.s və.i!.
Boşuna getmədi. Dəfələrlə Universitet rəhbərliyi tərəfindən qiymətləndirildim, əziz jurnalist həmkarlarımdan daim dəstək gördüm, müxtəlif kütləvi informasiya vasitələrinin, jurnalist təşkilatlarının, "Azərbaycan Universitetləri" facebook səhifəsinin keçirdiyi sorğularda bir neçə dəfə qalib oldum! “İlin ən fəal mətbuat katibi”, “İlin ən fəal şöbə müdiri” adına layiq görüldüm. Təhsil Nazairliyi, Mətbuat Şurası, Bakı Dövlət Universitetinin Diplom və Fəxri Fərmanları ilə təltif edildim, 100 illik yubileyimiz münasibətilə yubiley medalına layiq görüldüm.
Ən böyük mükafatım cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərimə görə layiq görüldüyüm “Tərəqqi" medalım oldu.
Bəli, 20 ili az müddət deyil. 20 il eyni işdə işləyib bezməmək, yaxud hər gün daha həvəs və sevgi ilə işləmək asan iş deyil! Bu illər ərzində təbii ki, yaşananlar, yaşadıqlarım, acıli-şirinli, kövrək, qürur dolu xatirələrimi zaman-zaman qələmə alacam.
Qazandığım uğurlara görə borclu olduğum insanlar çoxdur və onlara bir ömür minnətdarlıq borcum var!
Xüsusi minnətdarlığım isə hörmətli jurnalist həmkarlarımadı! Əziz qələm dostlarım bu illər ərzində daim yanımızda oldular, hər zaman informasiya dəstəyi verdilər. Birmənalı olaraq, şöbəmizin və mənim uğurlarımın açarı oldular!
Mən də onların yanında olmağa çalışdım. Buna nə dərəcədə nail oldum, bilmirəm. Hər birinizə təşəkkür edirəm, əziz jurnalist dostlar! Dəyərlisiniz!
Dəyərli olan həm də şöbəmizin kollektividi. Hər biri istənilən boşluğu dolduracaq qədər bacarıqlı və səriştəlidi! Fatimə, Nərminə, Məryəm, Xəyalə, Elnarə, Elnur və Lətif müəllim sizlərlə işləmək xoş idi…".
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadın öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib