Rusiya millisi dünya çempionatına buraxılmayacaq

img

05-02-2020 [13:35]


Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiyanın 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak etməsinin mümkün olmadığını bildirib.

Bu barədə məşhur "BeIN Sports" kanalı öz "Twitter" səhifəsində yazıb.

Daha öncə Britaniya mediası Rusiya yığmasının DÇ-2022-nin qrup mərhələsinə vəsiqə qazanacağı təqdirdə mundialda iştirak edə biləcəyini, lakin milli rəmzlərdən və himndən istifadə hüququna malik olmayacağını xəbər verib.

Qeyd edək ki, WADA İcraiyyə Komitəsinin 2019-ci ilin sonlarında verdiyi qərara əsasən, Rusiya irimiqyaslı yarışlardan, o cümlədən olimpiada və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunub. Bundan başqa, Rusiya 4 il müddətinə dünya çempionatları keçirmək və ya mundialların təşkili üçün ərizə vermək hüququnu da itirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR