KİVDF ƏLİ HƏSƏNOVUN QƏZETİNİN PULUNU KƏSDİ – Kollektiv Prezidentə müraciət etdi
03-02-2020 [17:57]
"Kaspi" qəzetinin kollektivi Prezident İlham Əliyevə müraciət edib.
"Kaspi.az" saytında yerləşdirilən müraciətdə bildirilir ki, fevralın 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 2020-ci ilin birinci yarısı üçün qəzetlərə maliyyə yardımının göstərilməsi ilə bağlı qərar qəbul edib. Maliyyə yardımı ayrılan qəzetlər arasında Azərbaycan və rus dillərində çıxan "Kaspi” və "Kaspiy” qəzetlərinin adı yoxdur.
Müraciətdə təəssüflə qeyd olunur ki, KİVDF "Kaspi” qəzetinə maliyyə yardımının dayandırılması barədə qərar verib: "Biz bu qərarı çox təəccüb və təəssüf hissi ilə qarşıladıq. Axı niyə? Hazırda "Kaspi” qəzeti ölkənin ən nüfuzlu çap nümunələrindəndir. Həm tirajına, həm məzmununa görə ölkədə çap olunan və Fondun maliyyə yardımı ayırdığı digər qəzetləri qabaqlayır".
Müraciətdə xatırladılır ki, 1999-cu il martın 6-dan çapını bərpa edən qəzetin əsası 1881-ci ildə qoyulub, hazırda gündəlik, rəngli formatda, həftəarası günlər 16 səhifə, şənbə günü isə 24 səhifə olmaqla nəşr edilir.

Müəlliflər Azərbaycan dilində nəşr olunan "Kaspi” qəzetinin 26 nəfərdən ibarət kartla əmək haqqı alan kollektivi olduğunu, bundan başqa 25-dək kənar müəlliflə qonorar əsasında əməkdaşlıq etdiyi vurğulayır: "Qəzetin 3 əlavəsi fəaliyyətdədir. Həftənin cümə axşamı günləri "Teatr”, cümə günləri "Gənclik”, şənbə günləri isə "Ədəbiyyat” əlavələri nəşr olunmaqdadır. Qəzetin 3 dildə - Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən kaspi.az internet resursu da on-line fəaliyyət göstərməkdədir. Ayrıca ədəbiyyat və mədəniyyət xidmətləri üzrə ixtisaslaşmış artkaspi.az saytımız mövcuddur. 2019-cu ildə qəzet 3800 tirajla çıxıb".
Müraciətdə qeyd olunur ki, qəzetə hansı səbəbdən maliyyə yardımının ayrılmaması barədə onlara heç bir məlumat verilmir: "KİV DF-nin qəbul etdiyi qərar qəzetlə bu və ya digər formada əlaqədə olan 50 jurnalistin işsiz qalması deməkdir. 2020-ci il üçün qəzetin 3000-ə yaxın abunəsi vardır. Bu qərar bizi qəzetimizə abunə olanlar qarşısında da çətin durumda qoyur".
"Kaspi" qəzetinin kollektivi Prezidentdən xahiş edir ki, qəzetin maliyyə yardımı ayrılan qəzetlərin siyahısına daxil edilməsinə yardım etsin.
Xatırladaq ki, “Kaspi” və “Kaspiy” qəzetlərinin rəsmi sahibi Prezidentin sabiq köməkçisi Əli Həsənovdur. Bu qəzetlər onun həyat yoldaşı Sona Vəliyeva tərəfindən idarə olunur.
“AzPolitika.info”
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadın öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib