Suriya ilə bağlı qətnamə layihəsi BMT TŞ-da

img

18-09-2013 [11:14]


Suriyada kimyəvi silahların zərərsizləşdirilməsinə dair BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsi Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 68-ci sessiyasında təqdim edilib. 

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən üçünün - ABŞ, Fransa və Böyük Britaniyanın təqdim etdiyi qətnamə layihəsi ilə digər iki daimi üzv - Rusiya və Çin də tanış olacaq. "Associated Press" agentliyinin məlumatına görə, Baş Assambleyanın 68-ci sessiyasında "beşlik" nümayəndələri arasında 20 dəqiqə davam edən görüş də olub, lakin sözügedən sənədin məzmunu müzakirə edilməyib.

Qərb ölkələrinin təklif etdiyi sənəd Suriya üzərinə beynəlxalq nəzarət altında öz kimyəvi sila ehtiyatlarını məhv etmək öhdəliyi qoyur. Bu silahların zərərsizləşdirilməsinin təfərrüatları isə Rusiyanın xarici işlər naziri Serqey Lavrovla ABŞ-ın dövlət katibi Con Kerrinin Cenevrədə görüşü zamanı razılaşdırılmışdı.

BMT-nin Baş katibi Ban Ki-Mun isə Baş Assambleyanın 68-ci sessiyasının açılışını edərkən Təhlükəsizlik Şurasını Suriya ilə bağlı icrası mütləq olan bir qərarı qəbul etməyi ləngitməməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA