Putin Vahid Ələkbərovu qəbul etdi: "Bu 4 ölkə ilə işləyin"
28-01-2020 [20:22]
Tanınmış azərbaycanlı biznesmen, “LUKOİL”in prezidenti Vahid Ələkbərovun Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşü olub.
Görüş haqda məlumat Kremlin rəsmi saytında dərc edilib.
Vahid Ələkbərov Vladimr Putinə 2019-cu ilin yekunları, neft-qaz şirkətinin cari fəaliyyətləri haqda məlumat verib.
V. Ələkbərov 2019-cu ili uğurlu başa vurduqlarını, istehsalatda və sosial layihələrin icrasında müvəfəqiyyət qazandıqlarını bildirib.
Rusiyanın dövlət başçısı Vahid Ələkbərova məxsus müəssisələrdə işçilərin nə qədər orta aylıq əmək haqqı aldıqları ilə maraqlanıb. "LUKOIL" in prezidenti söyləyib ki, onun rəhbərlik etdiyi şirkətdə orta aylıq əmək haqqı 65 min rubldur(1700 manat) dövlətə büdcəsinə isə ötən il 1 trilyon 300 milyard rubl vergi köçürülüb.
Tanınmış biznesmen Xəzər dənizində həyata keçirdikləri iqtisadi layihələrdən də danışıb: “Xəzərdə iqtisadi inkişafımızı davam etdiririk. Hazırda Baltik şelfini aktiv şəkildə araşdırmağa başlamışıq. Bütün “artıqlar”ı, yarımfabrikatları birləşdirib, ixrac potensialına sahib olmaq hədəfi ilə yekun məhsul yaratmaq üçün mövcud müəssisələrimizdə qaz və neft-kimya sahəsinin inkişafına dair yeni proqram hazırlamışıq”.
Rusiya Prezidenti 2019-cu ildə Soçidə keçirilən sammitdə Afrika dövlətləri ilə əldə edilən razılaşmanın əhəmiyyətinə toxunaraq bildirib ki, hazırda Rusiya Qərbi Afrika ölkələri ilə olduqca sıx əlaqələr qurub və daha dörd Afrika ölkəsi birgə işləmək haqda təkliflə çıxış edib.
Vahid Ələkbərov bu fikirlə razılaşaraq əlavə edib ki, Konqo, Qana və Kamerundan onlara birgə iş qurmaq təklif olunur.
Tanınmış biznesmen Rusiya prezidentini Qərbi Sibirdə salınan yeni sənaye şəhərlərinə baş çəkməyə dəvət edərək, böyük şirkətlərin regional hakimiyyət orqanları ilə münasibətlərinin necə tənzimlədiyi ilə yerində tanış olmağı təklif edib.
Vladimir Putin dəvəti qəbul edib/Oxu.az
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)