Daha bir DSK-nın qərarı ləğv olundu - Namizədin qeydə alınması ilə bağlı

img

19-01-2020 [19:35]


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 21 saylı Nəsimi birinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Həsənov Rəşid Cəmşid oğlunun müraciətinə baxılıb.

Bu barədə MSK-nın üzvü İlkin Şahbazov məlumat verib.

İ.Şahbazov bildirib ki, R.Həsənovun namizədliyinin qeydə alınmaması ilə bağlı dairə seçki komissiyasının qərarı əsassızdır.

İ.Şahbazovun sözlərinə görə, araşdırma nəticəsində namizədliyini irəli sürmüş şəxsə məxsus olduğu iddia edilən avtomobilin sadəcə, onun istifadəsində olduğu sənədlərlə təsdiq olunub.

MSK DSK-nın qərarını ləğv edib və R.Həsənovun deputatlığa namizədliyi qeydə alınıb/Reporrt.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq