Efirlərdə uşaq və qadın hüquqları pozulur - Komitədən xəbərdarlıq
16-01-2020 [17:52]
"Son illər ölkədə demokratik inkişafın tərkib hissəsi kimi söz və məlumat azadlığının tam təmin edilməsi sahəsində məqsədyönlü addımlar atılıb, institusional və qanunvericilik islahatları həyata keçirilib. Azərbaycan Respublikasının Konstitusiyası, “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya əldə etmək haqqında” və digər qanunlar KİV-lərin maneəsiz informasiya əldə etmək və yaymaq hüququna tam təminat verir. Qanuna görə, KİV-lərin və jurnalistlərin qanuni fəaliyyətinə hər hansı müdaxilə inzibati və cinayət məsuliyyəti doğuran hal hesab edilir".
Bu barədə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin KİV-ə müraciətində yer alıb.
Müraciətdə bildirilib ki, yaradılmış şəraitdən sui-istifadə hallarına da yol verilir. Belə ki, qadın və uşaqlarla bağlı baş verən hadisələrdə araşdırması davam edən, əsassız məqamları qabardaraq Azərbaycan ictimaiyyətini çaşdırmaq, dövlətə və dövlətçiliyə qarşı əhali arasında aqressiv münasibət formalaşdırmaq, insanlardan öz məqsədləri üçün istifadə etmək, ictimai-siyasi vəziyyəti gərginləşdirmək, vətəndaşlarda dövlət orqanlarına qarşı inamsızlığın yaradılmasına xidmət edən proqramlar və verişlər yayımlanır:
"2019-cu il noyabr ayından 2020-ci ilin yanvar ayınadək Nərmin Quliyeva ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müxtəlif məlumatların yayılması buna misal ola bilər. Bu hadisə nəticəsində bir daha əmin olduq ki, lazımsız məlumatların efirdən səslənməsi xoşagəlməz halların baş verməsinə səbəb olur.
Eyni zamanda, bəzi verlişlərdə milli qanunvericilik və Azərbaycan Respublikası qoşulduğu beynəlxalq konvensiyaların müddəaları pozulur (xüsusilə də BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası). Ailə, qadın və uşaq hüquqlarının müdafiəsini özünə əsas mövzu kimi seçən verlişlərdə aparıcılar psixoloq və ya sosial işçi kimi müraciət qaydasını, qaldırılan mövzuların vətəndaşa mənfi təsiri nəzərə alaraq məsələyə həssaslıqla yanaşmalıdır.
Çox təəssüf ki, praktikada verliş aparıcıları qaldırılan mövzuları düzgün açıqlamırlar, dəvət edilən vətəndaşların, xüsusilə də uşaqların maraqlarını və hüquqlarını pozurlar".
Bildirilib ki, “Uşaqların zərərli informasiyadan qorunması” haqqında Azərbaycan Respublikasının Qanunu 1 yanvar 2020-ci il tarixindən qüvvəyə minib.
“Uşaqların zərərli informasiyadan qorunması” haqqında Azərbaycan Respublikasının Qanununda uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmin olunması, uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması, zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi, zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən, informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması prinsiplərini özündə ehtiva edir.
Digər bir önəmli məsələ isə sosial işdə etik davranış qaydalarıdır. Zorakılıq qurbanı olmuş, əqli və fiziki geriliyi olan və başqa qadınların məsələlərinin işıqlandırılması zamanı hüquq pozuntusuna yol verilir. Beynəlxalq səviyyədə sosial işin etik davranış qaydaları, digər insan hüquqları haqqında olan konvensiya və qaydalara görə çətin vəziyyətdə olan şəxslə qınayıcı formada davranış, onun təhqir edilməsi, baş vermiş hadisələr fonunda onun efir vasitəsilə ifşa edilməsi yolverilməzdir. Bundan əlavə, yeri gəldi-gəlmədi ayrı-ayrı şəxslərin, dövlət qurumlarının adlarının çəkilməsi xoşagəlməz hallarla nəticələnir.
Nəzərə alınmalıdır ki, “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərinin pozulması AR İnzibati Xətalar Məcəlləsinin 388-ci, 388-1, 388-2-ci maddələrinə əsasən məsuliyyət yaradır. Həmçinin AR Cinayət Məcəlləsinə əsasən şəxsi həyatın toxunulmazlığı hüququnu pozma (AR CM-nin 156-cı maddəsi) kimi əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutulub.
"Yuxarıda göstərilənləri əsas götürərək gələcəkdə bu kimi neqativ halların baş verməməsi üçün kütləvi informasiya vasitələrinin məsul şəxsləri və jurnalistlər kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməmələrini, ictimai maraqları nəzərə almalarını, uşaq və qadınların hüquqlarının müdafiəsinə dair məsələlərə daha diqqətlə və həssas yanaşmalarını xahiş edirik", - deyə Komitənin müraciətində bildirilib
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadın öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib