Osman Gündüz: "Microsoft"un son qərarı adi istifadəçilərdə anlaşılmazlıq yarada bilər"

img

14-01-2020 [16:13]


"ABŞ-ın "Microsoft" şirkətinin “Windows 7” əməliyyat sisteminin dəstəklənməsini dayandırması adi istifadəçilərdə anlaşılmazlıq yarada bilər". 

Bunu "Report"a açıqlamasında  "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 

"Əlbəttə, hansısa əməliyyat sistemindən xeyli sayda insan istifadə edirsə, bu halda onun dəstəklənməməsi böyük problem yaratmır. Adətən belə halda şirkət əvvəlcədən istifadəçiləri xəbərdar edir. Korporativ istifadəçilər, dövlət qurumların bu xəbərdarlığı nəzərə alıb sistemlərində dəyişiklik edirlər. Amma adi istifadəçilərdə bu həmişə anlaşılmazlıq, problem yaradır. Çünki onların məlumatı olmur. Yenilənmə yaxud hər hansı təhlükəsizliklə bağlı məsələ çıxanda problemlər yaşayırlar. Əlbəttə bizdə "Microsoft"un yerli nümayəndəliyi var. Düşünürəm ki, hər hansı problem çıxsa həmin nümayəndəliklə əlaqə saxlaya bilərlər. Bununla bağlı həmin nümyəndəlik daha təsirli maarifləndirmə işləri aparsa yaxşı olar. Burada medianın, internetin, TV-nin köməyindən istifadə etmək olar. Sadə istifadəçilər üçün problem yaranmasını istisna edirəm. 

Bundan əlavə nəzərinizə çatdırım ki, qeyri-dövlət sektorunda informasiya tıhlükəsizliyinə cavabdeh olan qurum olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi də öz saytında informativ yaxud metodiki kömək xarakterli məlumat verməlidir. Həm profilaktikanı göstərməlidirlər, həm də baş verəndən sonra nə etmək lazım olduğunu deməlidirlər. Bütün bunlar olandan sonra isə hansısa problem olacağını düşünmürəm”, - deyə o, qeyd edib. 

Xatırladaq ki, “Microsoft” şirkəti bu gündən etibarən “Windows 7” əməliyyat sisteminə texniki dəstəyi dayandırıb və müştərilərə “Windows 10” əməliyyat sisteminə keçməyi təklif edib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq