Əli Həziquliyev də deputatlığa namizəd oldu 

img

14-01-2020 [15:41]


"Elchi.az" saytının Baş redaktoru Əli Həziquliyevin deputatlığa namizədliyi qeydə alınıb.

Mia.az xəbər verir ki, bu barədə onun özü məlumat yayıb.

Bildirib ki, Milli Məclisə təyin olunmuş 9 fevral seçkilərinə namizədliyi bu gün 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən rəsmən qeydə alınıb: "Namizədliyimi irəli sürən partiyamızın lideri, millət vəkili Qüdrət bəy Həsənquliyev başda olmaqla, BAXCP İdarə heyətinə, namizədliyimin qeydə alıması üçün imza verən Goranboy-Naftalan sakinlərinin hər birinə, imzatoplama kampaniyasında əziyyətləri keçən hər bir insana və xüsusi olaraq namizədliyimi qeydə alan 96 saylı DSK sədri Arıf bəyə, katib Fəqani bəyə və bütün DSK üzvlərinə minnətdarlığımı bildirirəm. Yolumuz açıq olsun. Bütün namizədlərə uğurlar diləyirəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR