Məşhur seks filmlərinin aktrisası: "Əvvəllər +18 filmlərinə çəkilən qadınlarla yaxşı davranırdılar" - FOTOLAR

img

08-01-2020 [22:14]


1990-cı illərin məşhur seks filmlərinin aktrisası Lisa Ann film sektorunu tərk etməsinin səbəblərini açıqlayıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, İngiltərənin "Lad Bible" portalına danışan amerikalı Lisa Annın sözlərinə görə, +18 filmlərinə çəkilməzdən əvvəl rəqqasə olub: "90-larda kino ulduzu olmaqla bu günün kino ulduzu olmaq arasında çöx böyük fərqlər var. İndi yaşamaq üçün bunu etmək, belə kinolara çəkilmək istəyən çox qadın var. Ona görə, o vaxt belə filmlərdə rol alan qadınlarla rejissorlar çox yaxşı davranırdılar, qızlar çox dəyərli idi".

Lisa Ann bildirib ki, 1990-cı illərdə seksual fimlərdə özünü çox rahat hiss edib: "Lakin 2000-ci illərdə vəziyyət dəyişməyə başladı. Bu sektora çox qızlar gəldi. Onların sayı artdıqca, bu sahədə aqressivlik də çoxaldı. Ona görə, getmək qərarını verdim...".

Xatırladaq ki, 47 yaşındakı Ann 2014-də "Facebook" hesabından artıq kino sektoru ilə vidalaşdığını elan edib.

O, 2008-də sonuncü dəfə +18 filmində rol alıb. "Who's Nailing Paylin?" adlı filmdə o, cumhuriyyətçi siyasətçinin həyatını əks etdirib.

MİA.AZ

 

 

 


 


Digər xəbərlər
SON XƏBƏRLƏR