13-09-2013 [22:07]
"Azad və ədalətli seçkilər uğrunda” Jurnalist-QHT Koalisiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılan "2013-cü il prezident seçkilərinin monitoriniqi” layihəsi çərçivəsindəki növbəti görüşünü sentyabrın 12-də Şəkinin Kiş kəndində keçirib. 200-dən artıq seçicinin qatıldığı tədbirdə seçkidə müşahidənin aparılması qaydaları, müşahidəçilərin hüquq və vəzifələri, müşahidəçilərin qeydiyyatı prosedurları və s. mövzularda məlumatlar verilib insanlarla qarşılıqlı fikir mübadiləsi aparılıb.
Toplantını giriş sözü ilə Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin rəhbəri Qalib Nəbiyev açaraq seçkinin cəmiyyət həyatında son dərəcə mühüm hadisə olduğunu vurğulayıb. Müxtəlif ictimai institutların seçki prosesində fəal iştirak etdiyini deyən Q.Nəbiyev əsas hədəfin vətəndaşların konstitusiyon hüquqlarını reallaşdırmalarına müvafiq dəstək göstərmək olduğunu vurğuladı. O bu günki tədbirin keçirilməsi ilə jurnalistlərin də cəmiyyətin fəal təbəqəsi kimi vətəndaş cəmiyyəti quruculuğuna töhfələrini verdiyini bildirdi.
"Azad və ədalətli seçkilər uğrunda” Jurnalist-QHT Koalisiyasının rəhbəri Seymur Verdizadə Şəkidə üç seçki dairəsinin fəaliyyət göstərdiyini vurğulayaraq rayonun seçici potensialı baxımından zənginliyinə diqqət çəkib. O qeyd edib ki, Jurnalist QHT Koalisiyası məhz bu səbəbdən bölgəni özünün fəaliyyət dairəsinə daxil edib. S. Verdizadə Kişin tarixi ənənələrə malik yaşayış məntəqəsi olduğunu və Şəkinin həyatında mühüm rol oynadığını bildirib.
S.Verdizadə 9 oktyabr prezident seçkisinin vətəndaşların iradəsindən asılı olacaq proses kimi dəyərləndirib: «Seçkidə yalnız dövlət başçısı seçilmir, eyni zamanda ölkənin taleyi, qarşıdakı illərdə bütün sahələr üzrə tutacağı mövqe müəyyənləşir. Bu mövqe isə ideyalarda, fikirlərdə yaranır. Vətəndaşlar namizədlərin ideya və fikirlərini təhlil edir, qərar verərək seçimlərini edirlər. Jurnalist-QHT Koalisiyasının əsas məqsədi də azad sözün və demokratik fikrin ifadəçisi kimi jurnalistikanın vətəndaşların seçkiyə köklənməsinə, onların fəal şəkildə prosesdə iştirakına dəstək olmaqdır».
S.Verdizadə çıxışında seçki prosesinin ümumi, bərabər, ədalətli, gizli, azad, şəffaf və demokratik qaydada təşkili üçün tələb olunan şərtlər və standartlar barədə də ətraflı məlumat verib. Həmçinin, səsvermənin qaydaları, seçici siyahıları, prezident seçkilərinin nəticələrinin elan olunması ilə bağlı qanunvericiliyin müddəalarına dair fikirlərini bölüşüb.
«RUH» Azərbaycan Jurnalistləri Müdaifə Komitəsinin icraçı direktoru Əvəz Rüstəmov vətəndaşların seçki fəallığının həm də beynəlxalq aləmə mesaj xarakteri daşıdığını vurğulayıb. «Bu mənada seçki həm də bizlərə münasibəti formalaşdıran mədəniyyət etalonudur. Bizlər prosesdə iştirakla özümüzü təsdiqləmiş oluruq. Həmçinin fəal vətəndaş mövqeyimizi bildirməklə beynəlxalq müstəvidə ölkəmizə və bir azərbaycanlı kimi varlığımıza yönələn mənfi meyllərin qarşısını alırıq», - deyən Ə.Rüstəmov fəal ictimai institut kimi medianın cəmiyyət həyatında oynadığı rola dair konkret faktlardan bəhs edərək fikirlərini səsləndirib.
Ayrı-ayrı çıxışlarda seçki hüququnun insanların fendamental hüquqlarından olduğu vurğulanıb, vətəndaş cəmiyyəti instutularının, eləcə də medianın geniş ictimaiyyətlə əlaqələrinin müxtəlif aspektləri təhlil olunub. Xüsusən də jurnalistikanın cəmiyyət həyatında oynadığı rolun ayrı-ayrı təzahür formaları üzərində dayanılıb.
Qeyd edək ki, sıralarında "Əqli Mülkiyyətçilərə Kömək”, "Zərdabi Mətbuat Mərkəzi”, "Yeni Media Jurnalistləri”, "Media və Monitorinq Araşdırması”, "Cəmiyyətin inkişafında vətəndaş məsuliyyəti” ictimai birliklərini birləşdirən "Azad və ədalətli seçkilər uğrunda” Jurnalist QHT Koalisiyası "2013-cü il prezident seçkilərinin monitoriniq” layihəsi çərçivəsində namizədlərin irəli sürülməsi, namizədlərin imzatoplama kampaniyası, onların qeydiyyatı prosesi, seçkiqabağı təbliğat və təşviqat kampaniyasında gündəlik nəşrlər və internet mediada seçkilərin işıqlandırılmasının monitorinqini aparacaq. Koalisiya eyni zamanda 9 oktyabrda 150 seçki məntəqəsində müşahidə prosesini həyata keçirməyi nəzərdə tutur.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Azpetrol” şirkəti də Ruslan Eyyubova məxsus imiş...
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
"Güzəştli mənzil" sisteminə kiberhücum... - DTX araşdırmaya başlayıb
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN
Türkiyədə klub tam başsız qaldı - Vitse-prezident də tutuldu
Sabah hava necə olacaq? - Proqnoz
"Azercell" "Kinon" tətbiqinin funksionallığını genişləndirir
QARABAĞA KÖÇ DAVAM EDİR
MİT terrora hazırlaşan İŞİD-çini qandalladı