MEXANİKİ VƏ SMART-KART TİPLİ QAZ SAYĞACLARI: limitin sıfırlanması necə aparılacaq? - Rəsmi izahat
23-12-2019 [16:45]
İlin sonu yaxınlaşdıqca artıq ictimai müzakirələrdə, internet səhifələrində və sosial şəbəkələrdə qazdan istifadə üzrə illik ayrılmış 10 qəpiklik limitin sıfırlanma məsələsinə diqqət artır.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov bildirib.
Onun sözlərinə görə, bir çoxları, hətta bəzi hüquq müdafiəçiləri bu məsələdən danışarkən səhvlərə yol verirlər, çaşqınlıq yaradacaq məqamlar ortalığa çıxır: “Abonentlərimiz bu məsələdə çaşqın duruma düşə bilərlər. Bu halda isə bu, heç də onların xeyrinə olmaz, fikirlərinin yanlış tərəfə istiqamətlənməsinə səbəb ola bilər. Bunun üçün də “Azəriqaz” İstehsalat Birliyi bir daha xatırladır ki, limitin sıfırlanması deyilən əməliyyatlar zamanı smart-kart tipli sayğaclarda dekabrın 31-də, gecə saat 00:00-da 2 200 kubmetrlik 10 qəpiklik limit tam sıfırlanır və artıq gələn ilin əvvəlindən hər abonent üçün 2 200 kubmetrlik həcmin yenidən 10 qəpikdən hesablanmasına başlanılır. Yəni dekabrın 31-də gecə saat 00:00-da bu proses öz işini avtomatik olaraq icra edir və sistemdə bu dəyişiklik gedir”.
Qeyd edək ki, smart-kart tipi sayğaclardan istifadə edən 1 milyon 200 minə yaxın abonent mövcuddur. Digər abonentlər mexaniki sayğacdan istifadə edirlər.
“Azəriqaz” rəsmisi bildirib ki, bəzən sosial şəbəkələrdə bu məsələni şərh edən insanlar mexaniki sayğaclarla olan məsələni bütün sayğaclara aid edirlər: “Əslində isə belə deyil. Mexaniki sayğaclarda hesabat dövrü hər ayın 5-dən digər ayın 5-nə qədər olan müddəti əhatə edir. Birliyin əməkdaşları sayğacın göstəricilərinə baxmalı və qeydiyyat prosesini aparmalıdırlar. Bu da abonent bazasında hər bir abonent üçün ayrılıqda hesabat şəklində öz əksini tapmalıdır. Lakin 2020-ci il yanvarın ilk 5 günü bayram günləri olacaq. Ona görə də mexaniki sayğacların qeydiyyat prosesinə ilin ilk iş günü - yanvarın 7-dən başlanılacaq. Həmin vaxtdan etibarən, mexaniki sayğacların oxunmasına start veriləcək, bu da maksimum 4-5 gün vaxt aparacaq. Məhz həmin qısa vaxt ərzində mexaniki sayğaclar üzrə illik limitin sıfırlanması mərhələsi əməliyyatı icra ediləcək. Ən geci yanvarın 10-da bu iş tamamlanacaq və hər bir əhali qrupu üzrə abonentə 2020-ci il üzrə yeni 10 qəpiklik qazdan istifadə üzrə 2200 kubmetrlik limit veriləcək”.
O qeyd edib ki, sosial şəbəkələrdə bu məsələlər barədə geniş məlumat almaq istəyən abonentlər, yaxşı olar ki, “Azəriqaz” İstehsalat Birliyinin rəsmi səhifəsinə daxil olsunlar: “Bu gündən etibarən artıq bizim rəsmi səhifəmizdə bununla bağlı məlumatlar yerləşdiriləcək. Bundan başqa, gələn həftə ərzində “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevin geniş mətbuat konfransı planlaşdırılır və bu mətbuat konfransına təkcə jurnalistlər deyil, həmçinin bu barədə yazan hüquq müdafiəçiləri də dəvət olunacaq. Açıq söhbət olacaq və onlar “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi ilə fikir mübadiləsinə qoşula bilərlər”.
C.Səfərov əlavə edib ki, əgər mexaniki sayğac istifadə edən abonent öz sayğacının qeydiyyatının daha tez bir zamanda nəzərə alınmasını və bazaya yerləşdirilməsini istəyirsə, ilin əvvəlində öz sayğacının aydın şəklini çəkib “Azəriqaz” İstehsalat Birliyinin "facebook" səhifəsinə, eyni zamanda 104 və 185 operativ qaynar xətti xidmətinin +99477 3 104 104 "watsapp" nömrəsinə də göndərə bilər/Report.
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)