Gürcüstanda mənzil alan əcnəbilərin sayı 2 dəfə artıb

img

20-12-2019 [14:03]


Xarici ölkə vətəndaşları 2018-ci ildə Gürcüstanda 11 038 mənzil alıblar.

Bu barədə “Galt & Taggart” maliyyə və investisiya şirkətinin Tbilisinin əmlak bazarına dair araşdırmasında bildirilib.

Sənədə əsasən, həmin mənzillər Tbilisi (təxminən, 2 min), Batumi şəhərləri və Qudauri, Bakuriani dağ kurort zonalarının payına düşüb.

Əcnəbilərin Gürcüstanda aldığı mənzillərin payı ötən il ölkədə əldə olunan mənzillərin 23,3%-ni təşkil edib.

2017-ci illə müqayisədə əcnəbilərin qonşu ölkədə sahibləndiyi mənzillərin sayı 1,9 dəfə, 2016-ci illə müqayisədə isə 3 dəfə çoxdur.

Xarici vətəndaşların Gürcüstanda mənzil almaqda əsas məqsədlərinin investisiya və miqrasiya olduğu müəyyən edilib. Postsovet ölkələrindən olan vətəndaşlar mənzilləri investisiya, Yaxın və Orta Şərq ölklərindən olan mühacirlər isə uzunmüddətli yaşayış üçün əldə ediblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR