Obama: “Əsədin bizə gücü çatmaz”

img

10-09-2013 [15:26]


Amerika prezidenti Barak Obama ABŞ telekanallarına müsahibəsində Bəşər Əsəd və Suriya ilə bağlı məqamlara toxunub. 

ANS PRESS-in Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, 6 telekanala danışan qaradərili prezident bildirib ki, ABŞ Suriya münaqişəsinin həllində diplomatik yola hazırdır.

Obama, "Fox News”a verdiyi müsahibədə Rusiyanın Suriyadakı kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi təklifi barədə fikir bildirərkən deyib.

"Biz bu diplomatik yolu da izləyəcəyik. Çox ümid edirəm ki, bu məsələ qeyri-hərbi yolla həll edilə bilər”, - deyə qeyd edib..

Ağ Ev rəhbəri qeyd edib ki, Bəşər Əsədə qarşı diplomatik təzyiqlər davam etdirilməlidir. Amerika rəsmisi daha sonra "Əsədin gücü uşaqlara çatar, bizə gücü çatmaz”, - deyə sözlərinə əlavə edib.

Obama, kimyəvi silahların təhvil verilməsinin Suriyadakı vətəndaş müharibəsini həll etməyəcəyini, amma ölkədə siyasi həll üçün danışıqlarda baza yarada biləcəyini vurğulayıb

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA