BMT Təhlükəsizlik Şurası təcili toplaşdı, Çin və Rusiya nəyə etiraz etdi?

img

28-08-2013 [23:55]


BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında Suriyada vəziyyətə dair təcili toplantı keçirilir. 

Musavat.com-un "İnterfax" agentliyinə istinadən verdiyi məlumata görə, İngiltərənin Baş naziri David Kameron Böyük Britaniya hakimiyyət orqanlarının Suriyada son vəziyyətə dair hazırladığı qətnaməni BMT Təhlükəsizlik Şurasına təqdim etdiyini bəyan edib.

BBC-nin verdiyi məlumata görə, hazırlanmış qətnamə layihəsində Suriyada yaşayan mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi barədə təlimatlar öz əksini tapıb.

Bu arada bəli olub ki, Rusiya və Çin nümayəndələri BMT Təhlükəsizlik Şurasının iclasını tərk edib

APA-nın "İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə "Əl-Cəzirə” telekanalının yaydığı xəbərdə bildirilir. 

Diplomatların hansı səbəbdən iclası tərk etdikləri barədə məlumat verilmir.

Qeyd edək ki, BMT TŞ-nin iclasında ölkəsinin Suriya ilə bağlı hazırladığı qətnamə layihəsi müzakirə edilir. Qətnamədə Suriyadakı mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulan tədbirlər əks olunub

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA