Nəsiminin icra başçısı sakinlərlə görüşdü, müraciətlərlə bağlı tapşırıqlar verdi - FOTOLAR

img

10-12-2019 [14:15]


Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirib. 

İH-dən Mia.az-a verilən məlumata görə, icra başçısı qəbulda iştirak edən Mirəli Qaşqay, C.Məmmədquluzadə, A.Səhhət, A.D.Qurbanov küçələrinin əhatəsində, həmçinin rayonun digər ərazilərində yaşayan sakinlərin müraciətlərini dinləyib.

Sakinlərdən Niyazi Mədətov, Xalidə Abdullayeva, Mirseyfəl Ağayev, Günel Yaqubova  və digərləri bir sıra məsələlərlə  bağlı, o cümlədən dam örtüyünün yenidən qurulması, su xəttinin təmiri, mənzil şəraitinin yaxşılaşdırılması, həyətin abadlaşdırılması, mövcud MTK-nın fəaliyyəti barədə müraciətlər ediblər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı, Nəsimi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. 

Qəbulun gedişində ölkə başçısı tərəfindən əhalinin rifahının daha da yüksəldilməsi naminə atılan addımlardan, Nəsimi rayonu ərazisində görülən abadlıq-quruculuq işləri, həmçinin sakinləri maraqlandıran digər məsələlər barədə söhbət aparılıb.




















Digər xəbərlər
SON XƏBƏRLƏR