"Assosiasiya ilə Naxçıvan Mətbuat Şurası arasında Əməkdaşlıq Memorandumu imzalanacaq" - Əflatun Amaşov

img

30-11-2019 [16:59]


"Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının xəttilə «Onlayn media və sosial şəbəkələrin məlumat xaosu: jurnalistikaya sadiqlik prinsipləri» mövzusunda beynəlxalq konfrans üçün Naxçıvana toplaşmışıq".

Mia.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov sosial şəbəkədəki hesabında yazıb.

O bildirib ki, tədbir çərçivəsində Assosiasiya ilə Naxçıvan Mətbuat Şurası arasında Əməkdaşlıq Memorandumunun imzalanması nəzərdə tutulur: "Bundan öncə isə xəstəxanasında ölkəmizin vətənpərvər oğlu, Krımda Simferopol Dövlət Radiosunun Azərbaycan proqramının qurucusu və rəhbəri Həbib Ağayevi ziyarət etdik.

Həbib müəllim sözün əsl mənasında böyük insandır. Çox çətinliklər görüb. Tam təmənnasız, məhrumiyyətlər bahasına ömrünü Azərbaycanın təbliğinə sərf edib. Belə bir insan həqiqətən tapıntıdır. Ona Allahdan şəfa dilədik".
Digər xəbərlər
SON XƏBƏRLƏR