Bakıda camaata 5 günə 1 manat faizlə 20 manat paylayan aparatlar - Yığışdırıldı

img

25-11-2019 [14:18]


Bakıda "Azpul" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus "Azpulmat” özünəxidmət terminalları yığışdırılıb.

Məlumata görə, noyabrın 24-də müvafiq dövlət qurumları tərəfindən əməliyyat keçirilib, terminallara blok qoyulub.

Hazırda MMC-nin fəaliyyəti ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd: Şəhərin bir neçə ərazisində quraşdırılan el arasında "borc aparatı” kimi təqdim edilən aparatlardan insanlar şəxsiyyət vəsiqəsini, barmaq izini aparata daxil etməklə, 20 manat məbləğində borc pul alırdılar. Həmin borc 5 gün ərzində 21 manat şəklində, yəni faizlə qaytarılırdı. Təkrar müraciət zamanı isə 40 manat AZN götürmək mümkün idi/Pravda.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR