Xaçmazda evə basqın edən keçmiş məhkum həbs edildi

08-11-2019 [13:49]
Xaçmaz rayonunda quldurluq hadisəsi baş verib.

 Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, DİN-in "102” Zəng Mərkəzinə Xaçmaz rayonu ərazisində baş verən quldurluq hadisəsi ilə bağlı məlumat daxil olub.

Müraciətlə əlaqədar dərhal Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırılmalarla müəyyən edilib ki, noyabrın 6-da saat 20 radələrində Hülövlü kənd sakini R.Balayevin evinin həyətinə girən maskalı şəxs onu bıçaqla hədələyib pul verməsini tələb edib, müqavimətlə rastlaşdığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş T.Nizamov saxlanılıb.


SON XƏBƏRLƏR