Ağcabədi sakini narkotik və tapança ilə tutuldu

08-11-2019 [13:35]
Ağcabədi sakinindən narkotik və tapança aşkarlanıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini D.Salmanovun evindən 100 qram heroin, 100 qram marixuana, metamfetamin, habelə paslanmış vəziyyətdə "Makarov” markalı tapança və 1 ədəd tapançaya bənzər qaz silahı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR