Bakıda axtarışda olan iki şəxs saxlanılıb

07-11-2019 [11:26]
Bakıda axtarışda olan iki şəxs saxlanılıb.

Mia.az DİN-ə istinadla xəbər veirr ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1983-cü il təvəllüdlü İ.Həsənov tutulub.

Bundan başqa, Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1991-ci il təvəllüdlü S.Kərimov müyəyyən edilərək saxlanılıb.

Hər iki şəxslə bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR