PKK/YPG atəşkəsi pozdu: 1 türk əsgəri şəhid oldu, 1-i yaralandı

20-10-2019 [11:01]
 PKK/YPG terrorçuları oktyabrın 17-də imzalanmış Türkiyə-ABŞ razılaşmasını pozaraq Suriyanın təhlükəsizlik zonasında kəşfiyyat-müşahidə missiyası aparan Türkiyə hərbçilərinə atəş açıblar.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəticədə "Barış pınarı" əməliyyatı zonasında 1 hərbiçi şəhid olub, biri isə yaralanıb.


SON XƏBƏRLƏR