Gürcüstanda müsəlmanlarla polis arasında qarşıdurma: 20 nəfər tutuldu

img

27-08-2013 [16:02]


Gürcüstanda yerli müsəlmanlarla polis arasında baş vermiş qarşıdurmada 20 nəfər saxlanılıb. Adigeni rayonunun Çala kəndində yerli icra nümayəndəliyi məscidin bir ay bundan əvvəl tikilmiş minarəsini sökmək istəyərkən məscidin həyətinə gələn müsəlmanlar əraziyə buraxılmayıb. 

Hadisə yerində olan Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları 20 nəfəri polis idarəsinə aparıblar. 200 nəfər insan polis idarəsinin qarşısında saxlanılan şəxslərin azad edilməsini, eyni zamanda, zədələnən minarənin bərpa olunmasını tələb edib.

anspress.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA