Gürcüstanda İcra Hakimiyyəti başçısının azərbaycanlı müavininin kabinetinə basqın olub

img

31-07-2013 [13:30]



Gürcüstanın Bolnisi rayon İcra Hakimiyyəti (İH) başçısının azərbaycanlı müavininin kabinetinə basqın olub. apa-nın Gürcüstan müxbirinin verdiyi məlumata görə, bu gün səhər saatlarında 30-a yaxın şəxs İH başçısının müavini Xaləddin İsmayılovun kabinetinə daxil olaraq otağı dağıdıb, onun, azərbaycanlıların ünvanına təhqiramiz ifadələr səsləndiriblər.X. İsmayılovAPA-ya açıqlamasında hücum edənlərin hamısının gürcü olduğunu bildirib.

Onun sözlərinə görə, həmin şəxslər onun Gürcüstanın yeni hökuməti ilə çalışmasına etirazlarını bildirib, bu vəzifədən getməsini tələb ediblər.

Vəzifəyə yeni hökumətin vaxtında təyin olunan X. İsmayılov faktla bağlı rayon Prokurorluğuna müraciət etdiyini deyib. O, bu gün Gürcüstanın baş naziri Bdzina İvanişvilinin qəbuluna gedib, onu məlumatlandıracağını da açıqlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA