Səfər Əbiyev Türkiyə səfirini qəbul edib

img

22-08-2013 [14:01]


Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyev bu gün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkunu qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafından söhbət açan müdafiə naziri hərbi əməkdaşlıq sahəsində də uğurların əldə olunduğunu qeyd edib.

Görüşdə səfir Alper Coşkun ölkəsinin Azərbaycana yeni təyin olunan hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeleri nazir Səfər Əbiyevə təqdim edib.

Yeni attaşeyə fəaliyyətində yüksək nailiyyətlər arzulayan Azərbaycanın müdafiə naziri sabiq hərbi attaşe briqada generalı Yücel Karaüzə də Azərbaycanda çalışdığı müddətdə səmərəli işinə görə öz təşəkkürünü bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA