14-08-2013 [12:14]
Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binadakı mənzillərin sənədləşmə prosesi başa çatmadığından burada ev alan media təmsilçilərinin yeni evlərinə köçməsi hələlik mümkün olmayıb.
Modern.az saytının məlumatına görə, KİV işçiləri üçün tikilmiş çoxmərtəbəli binada ev almış jurnalistlər avqust ayının sonuna qədər yeni mənzillərinə köçəcəklər. Saytın yazdığına görə, bu barədə məlumatı binaya müvəqqəti nəzarəti həyata keçirən rəhbər verib. Onun sözlərinə görə, artıq binanın yeni komendantı təyin olunub:
"Avqustun 20-dən sonra jurnalistlərə binaya köçmək üçün icazə veriləcək. Mənzillərin sənədləri isə sonradan onlara təqdim olunacaq”.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli isə mövqe.az saytına açıqlamasında bu məlumatın tamamilə yanlış olduğunu bildirdi: "Çox təəssüf edirəm ki, sayt dəqiqləşdirmə aparmadan belə bir məlumat yayıb. Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binadakı mənzillərdə hazırda sənədləşdirmə işləri aparılır. Binanı inşa edən şirkət onu Dövlət Qəbul Komissiyasına təqdim etməli və bina Dövlət Qəbul Komissiyası tərəfindən qəbul olunmalıdır. Daha sonra bina bütövlükdə bizə təhvil veriləcək və bunun ardınca hər bir mənzil tərtib olunmuş aktla sahiblərinə təqdim olunacaq. Hazırda qeyd etdiyim istiqamətdə müvafiq işlər həyata keçirilir və bu, vaxt aparan prosedurdur. Bütün bu işlərin nə zaman başa çatacağına dair isə tam dəqiq vaxt söyləmək mümkün deyil. Bu mənada bir daha təkrar edirəm ki, avqustun 20-dən sonra jurnalistlərə onlar üçün inşa edilmiş binaya köçmək üçün icazə veriləcəyinə dair məlumatlar həqiqəti əks etdirmir”.
"KİV işçiləri üçün tikilmiş çoxmərtəbəli binada bəzi texniki məsələlər var ki, onlar da həll edilməlidir. Bu problemlər həll ediləndən sonra jurnalistlər evlərinə köçə biləcəklər”.
Bu barədə isə modern.az-a Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O, bildirib ki, binada bəzi texniki məsələlər səbəbindən jurnalistlər mənzillərinə köçməsi ləngiyir. "Əgər ora köçmə olarsa deməli hamı köçməlidir. Çünki binanın qazı, suyu, elektriki verilməlidir. Hamı bilməlidir ki, su, qaz, işıq təchizatı necədir. Bütün bunlar olmalı, yenidən yoxlanılmalıdır ki, hamı ora köçə bilsin. Bundan başqa binanın lift sistemi, başqa məsələləri var ki, onlar da həll edilməlidir. Yəni bunlara nəzarət edəcək insanlar təyin olunmalıdır. Mən də bilirəm ki, bu məsələlər səbəbindən ləngimələr mövcuddur” deyə, Əflatun Amaşov bildirib.
Qeyd edək ki, 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırmışdı. Kitab formasında layihələşdirilən bina iki blok, 16 mərtəbə və 156 mənzildən ibarətdir. Media nümayəndələrinin binasının açılış mərasimi bu il Milli Mətbuat gününü 138-ci il dönümündə baş tutdu. Elə həmin gün Prezident İlham Əliyev jurnalistlər üçün daha bir binanın tikintisi üçün göstəriş verdi.
musavat.com
Bakıda ər-arvad dəm qazından zəhərlənib
Rusiya Kiyev və bölgələrə zərbələr endirir - Açıqlamalar
Miflər və Arxivlər: Qərbin qadın hekayəsi
Azərbaycan nefti daha bir dollar qalxdı - 72 dollardan satılır
Zelenski: "Yalnız Tramp Putini güzəştə məcbur edə bilər"
Qurban Qurbanov ağdamlılarla qohum olub - Özəl xəbər + FOTOLAR
Sabiq bələdiyyə sədri deputata yumruq atan oğlunun fotosunu kollaj etdi: "Sən bir nazirə hücuma cəhd edərsənsə.." - FOTO
Yusuf Şimşek Baş məşqçi oldu
Makrondan Avropaya xəbərdarlıq: "Çin avtoritar rejimdir, səhv etməyin, bu, onların ortaq seçimidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Lavrov: "Bu, özlüyündə yaxşı bir şeydir"
Gəncədə qadın öz övladını xəstəxanada atıb gedib
Hərbçi dəm qazından zəhərlənərək ölüb
"Azeronline" aylıq paketi bahalaşdırıb, daha sonra isə... - "Sözündən belə çıxır ki, yemirsən cəhənnəmə ye!"
İsrail Qəzza üzrə Sülh Şurasına rəsmən üzv olub
NATO Baş katibi: "Rusiya ilə dialoqu dəstəkləyəcəm"
ZÜLFÜQARLILARIN AVTOMOBİLİ İLƏ ÖLÜM İŞİ – Ramiz Mehdiyevin qardaşı oğlu hansı qərarı verəcək?
İki özəl kanala lisenziya verildi
Baş nazirin sabiq müavinin qızı nazirliyə ofis icarəyə verib
Türkiyədə iki telekanal cəzalandırıldı - Səbəblər
PREZİDENT İLHAM ƏLİYEV MÜŞAVİRƏ KEÇİRDİ, TAPŞIRIQLAR VERDİ - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Ərdoğan DEM Partiyasının nümayəndə heyətini qəbul etdi
Türkiyə Liviyada neft və qaz axtarışına başlayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fariz Babayev yeni vəzifəyə təyinat aldı
Hospitalın rəisi vəzifədən azad edilib - Zakir Həsənov polkovnikə yeni vəzifə verdi
Dövlət Statistika Komitəsinin sədri kollektivə təqdim olunub - Xalid Əhədov tərəfindən
Prezident İlham Əliyev fərman imzaladı - Qrantla bağlı
Deputatın oğlu 14 minlik tenderin qalibi olub
Pezeşkian: "Etirazı bir nemət kimi görürük, amma..." - "Heç bir əsl iranlı məscidi yandırmaz"
İsrail ordusu Livanın cənubunu bombalayıb
Xalq artisti: "Əgər yazıçı 5 manatından keçib teatra gəlmirsə, mən niyə onun kitabını almalıyam?"
Prodüsser Ayşe Barıma 12.6 il həbs cəzası verildi
"Neftçi" klubu cərimələnib
Onlar direktor təyin olundu - SİYAHI
"Hələ zavod çörəyi bahalaşmayıb, amma..." - Ekspert
Əməkdar artist: "...bir daha bu dünyaya gəlmə!" - VİDEO