Qənimət Zahid yenidən həbs edilə bilər

img

24-07-2013 [22:56]



"Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı iki yeni məhkəmə iddiası qaldırılıb. İddiaçılardan biri Q. Zahidin cinayət məsuliyyətinə cəlb edilməsini, digəri isə 50 min manat təzminat ödəməsini tələb edir.

Ilk iddia Qobustan həbsxanasında həbs cəzası çəkən Hüseynağa Babayev tərəfindən verilib.

İddiaya "Azadlıq”da 2011-ci il noyabrın 22-də dərc olunmuş "Buzovnada atışmada adam öldürüldü” və noyabrın 23-də dərc olunmuş "Buzovnadakı atışmanın şok təfərrüatları” sərlövhəli yazılar səbəb olub.

İddiaçı Q.Zahidin Cinayət Məcəlləsinin 147.1, 147.2 (böhtan və ağır cinayət törədilməsi ilə bağlı böhtan) və 148-ci (təhqir) maddələrilə məsuliyyətə cəlb olunmasını xahiş edir.

2011-ci il noyabrın 21-də Hikmət Babayevin qətlinə həsr edilmiş bu nəşrlərdə onun Hüseynağa Babayevin qardaşı və Əmirəli Babayevin oğlu olduğu qeyd edilirdi. Sonradan qəzet Hüseynağa Babayevin təkzibini dərc edib.

İkinci iddiaçı Təhmasib Novruzovdur. O, hazırda həbsdə olan Bəhlul Muradovun AXCP lideri Əli Kərimliyə sui-qəsd və Novruzovun bu planda əlinin olması haqqındakı yazı ilə əlaqədar iddia qaldırıb.

Redaksiyadan Turan-a verilən məlumata görə, "Azadlıq” iddiaçıların bu məqalədə adlarının çəkilməsi ilə bağlı fikrini dərc edib. Lakin iddiaçılar uzun müddət sonra qəzeti məhkəməyə veriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:20 06.06.2025

Bayram namazı qılınıb

16:17 05.06.2025

Pirquluda zəlzələ olub

12:10 05.06.2025

Sabah yağış yağacaq