On milyonlarla dollar dəyərindəki sərvəti sobasında yandırdı

img

18-07-2013 [14:28]



Keçən ilin okyabr ayında Hollandiyanın Rotterdam şəhərindəki Kunthsal Müzeyindən 2 dəqiqədən az zamanda soyğunçuluq hadisəsi baş vermişdi. Soyğunda Paul Gauguin, Henri Matisse, Claude Monet və Pablo Picassonun da əsərləri daxil olan 7 şəkil oğurlanmışdı. Burada Pablo Picassoya aid "Tete d'Arlequin", Henri Matisseye aid "La Liseuse en Blanc et Jaune", Claude Monet'ye aid "Waterloo Bridge, London" və "Charing Cross Bridge, London", Paul Gauguinə aid "Femme Devant une Fenetre Ouverte, dite La Fiancee", Meyer de Haana aid "Otoportre" və Lucian Freud "Woman with Eyes Closed" rəsm əsərləri olub.

16 oktyabrda baş verən bu soğunçuluq hadisəsi Hollandiyada yaşanan ən böyük sənət soyğunçuluqları arasında yer tutdu. Oğurlanan əsərlərin dəyərinin 10milyonlarla dollar dəyərində olduğu təxmin edilir.Qeyd edək ki, hadisədə 3nəfər şübhəli qismində saxlanılıb. Tutulanlardan birinin anası olan Olga Dogaru, oğurlanan şəkilləri yandırıb. Olga Dogaru açıqlamasında bildirib ki, oğlu iyun ayında tutularkən şəkilləri kəndlərində torpağa basdırıb. Əməliyyat qrupunun kənddə axtarışa başladığını eşitdiyində hadisəni sübut edə bilməsinlər deyə şəkilləri oradan çıxardaraq sobada yandırıb.

Qeyd edək ki, şəkillər oğurlandıqdan sonra Romaniyaya aparılıb. Hal-hazırda Romaniya Milli Tarix müzeyi tapılan küllərin həqiqi şəkillərə aid olub olmamasını başa düşmək üçün, işlər aparır.

Oğrular 16oktyabrda müzeyə binanın arxa tərəfindəki təcili çıxış qapısını qıraraq daxil olublar. 90saniyəyə də şəkilləri alıb qaçmağı bacarıblar. Alarm çalmağa başladıqdan 5dəqiqə sonra polislər gəlsədə artıq gec olub. (haber.sol.org.tr)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA