05-09-2019 [22:35]
"Hazırlıq üçün vaxtımız qısa oldu. Ancaq bu müddətdə məşqlərimiz, analizlərimiz reallaşdı. Uelsin necə güclü komanda olduğunu bilirik".
Bunları Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç səfərdə Uels yığmasına qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə oyununda əvvəl təşkil edilən mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis bildirib ki, rəqibin heyətində İngiltərə Premyer Liqası və Çempionşipsdə çıxış edən səviyyəli futbolçular var: "Şansımızın olacağına ümidliyik. Əlbəttə, rəqib favoritdir. Lakin biz də Xorvatiya ilə qarşılaşmada göstərdik ki, böyük komandalara qarşı oynaya bilərik. Heyətlə də bağlı problemlərimiz var. Bədavi Hüseynov, Eddi İsrafilov və Rahil Məmmədov zədəlidir. Bütün bunlara baxmayaraq, öz oyunumuzu oynamağa çalışacağıq. Qaret Beyl xüsusi statusa malik oyunçudur. Onun qarşısını almaq üçün bir nəfər kifayət edərmi? Düşünmürəm. Onu zərərsizləşdirməyə çalışacağıq. Son dönəmlərdə Beylin ətrafında baş verənlərdən xəbərdaram. Amma cari mövsümə yaxşı başlayıb".
Yurçevin sözlərinə görə, komandası Xorvatiya ilə matçdakı kimi çıxış etməlidirlər: "Rəqibləri saxlamağın müxtəlif yolları var. Düşünürəm ki, Xorvatiyaya qarşı oyunda çıxış etməyimiz düzgün olardı. Kompakt oynamalıyıq, əks-hücumlardan yararlanmalıyıq. Müdafiənin mərkəzində Maksim Medvedevlə Bəhlul Mustafazadə və ya Anton Krivotsyuk çıxış edəcək".
Baş məşqçi Uels yığmasının seçmə mərhələdəki çıxışına da toxunub: "Heyətə baxanda, Uelsin qərarlaşdığı mövqe mənim üçün sürprizdir. Hesab edirəm, heyət baxımından Macarıstandan güclüdür. Xal qazanmalı olduqları oyunlarda uduzdular. Burada bəxt amili rol oynayır. Bura gəlməklə, Slaven Biliçlə "Vest Hem"də işləyən vaxtları xatırladım. Həmin vaxt Rayan Giqqz "Mançester Yunayted"də çalışırdı. Uelsin seçmə mərhələdə cəmi 2 qol vurmağına gəlincə, ümid edirəm ki, həmin say sabahkı görüşdə artmaz".
Qeyd edək ki, Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq/Report.
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir illə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR
YENİ NAZİR KÖHNƏ KADRLARA SAVAŞ AÇIB - Daha iki idarə rəisi vəzifədən azad edildi (YENİLƏNİB)
Sənədsiz evlərlə bağlı yeni portal yaradılır: həyət evləri ilə bağlı amnistiya işləri aparılır - VİDEO
Tanınmış aşığın gəlini evdən qaçıb? – VİDEO
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək
GƏLƏN AY ÖLKƏDƏ NEÇƏ GÜN RƏSMİ İŞ OLMAYACAQ? - Qərar
Azərbaycan nefti 2.5 dollar ucuzlaşdı
Braziliyada güclü sel: 8 nəfər ölüb, 21 nəfər itkin düşüb