Tramp İran XİN başçısı ilə görüşdən imtina etdi: "Hələ çox tezdir"

img

26-08-2019 [16:02]


ABŞ Prezidenti Donald Tramp G7 sammitində İran Xarici İşlər naziri Cavad Zəriflə görüşməkdən imtina edib. 

Mia.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Tramp Zəriflə görüş haqda danışmağın hələ çox tez olduğunu bildirib.

Tramp həmçinin, İranın Xarici İşlər nazirinin G7-yə gəlmək məsələsinə razılıq verməsi üçün ondan Fransa Prezidenti Emmanuel Makronun xahiş etdiyini deyib.

ABŞ Prezidenti İranı güclü dövlət kimi görmək istədiyini və burada hakimiyyət dəyişikliyi əldə etməyə çalışmadığını vurğulayıb.
Digər xəbərlər
SON XƏBƏRLƏR