Ərdoğan Putinlə sabahkı görüşdən əvvəl ABŞ-a səsləndi: "Əgər bizimlə yenə oynayarsınızsa..."

img

26-08-2019 [14:10]


Türkiyə prezidenti Ərdoğan sabah Rusiyaya səfər edəcək.

Mia.az xəbər verir ki, bu barədə o, bugünkü çıxışında məlumat verib.

Prezident bildirib ki, Putinlə görüşdə Suriyadakı mövcud vəzyyəti, İdlib ətrafındakı gərginliyi, ABŞ-la birgə razılaşdırılmış təhlükəsiz bölgə və digər məsələləri müzakirə edəcək.

Ərdoğan çıxışında ABŞ-a da xəbərdarlıq edib: "Artıq ABŞ-la təhlükəsiz bölgə məsələsində demək olar ki, anlaşmışıq. Artıq helikopterlərimiz, PUA-larımız sərhədi keçib. Çox yaxında quru qoşunlarımız da hərəkətə keçəcək. Əgər onlar, yəni ABŞ  bizim başımızı yenə də müxtəlif oyunlarla qatarlarsa, o zaman özümüz Suriyada nə lazımdırsa, onu da edəcəyik. Öz planlarımızı tətbiq edəcəyik. Kimsənin buna şübhəsi olmasın".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA