Kürdəmirdə piyadanı maşın vurdu

img

26-08-2019 [12:16]


Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Mürtülü kənd sakini 56 yaşlı Əzizov Əziz İbrahim oğlu yolu keçərkən onu "VAZ 2121 Niva" markalı avtomaşın vurub.

Yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib.

Xəstənin vəziyyəti ağır olduğundan onu müalicəsini davam etmək üçün Bakı şəhərinə göndəriblər.

Fakt araşdırılır/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR