Sərhədimizi pozan Gürcüstan vətəndaşı saxlanıldı - DSX açıqlama yaydı

img

08-08-2019 [10:00]


Dövlət Sərhəd Xidməti (DSX) tərə­­findən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması tədbirləri davam etdirilir.

DSX-dən Mia.az-a verilən məlumata görə, avqustun 7-də Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşun­larının "Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xid­məti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqa­mətində dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində sax­lanılıb.

Fakt üzrə cinayət işi qaldırılmışdır, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR