XİN silahlı insidentlərlə bağlı başsağlığı mesajı yaydı

img

04-08-2019 [15:14]


Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın Texas və Ohayo ştatlarında çoxsaylı insan ölümü ilə nəticələnən silahlı insidentlərlə bağlı yerli hökumətə başsağlığı verib.

Bu barədə məlumat XİN-in "Twitter" mikrobloquna yerləşdirilib:

"Biz Texasın El-Paso və Ohayonun Deyton şəhərlərində baş vermiş silahlı insidentlər zamanı çox sayda günahsız insanın ölümünə və onlarla insanın yaralanmasına dair dəhşətli xəbərlərdən dərin kədər hissi keçiririk. Ölənlərin ailələrinə başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyirik".

Digər xəbərlər
SON XƏBƏRLƏR