Suriyada hərbi bazada partlayış: 20 hərbçi ölüb

img

03-08-2019 [18:00]


Suriyanın Homs şəhərində yerləşən Sayrat hərbi bazasındakı partlayış nəticəsində 20 nəfər ölüb.

"Haber7” xəbər verir ki, ölənlərin arasında zabitlər də var.

Partlayış istifadə müddəti keçmiş bilinən partlayıcı maddə daşınan zaman baş verib.

Bəşşar Əsədə bağlı hərb qüvvə partlayışla bağlı açıqlama verməyib.

Qeyd edək ki, Şayrat bazası Livan hizbullahı və İranyönlü silahlıların yerləşdiyi ərazi sayılır. Bu baza ölkənin cənubunda Şayrat şəhəri yaxınlığında yerləşir. Orada Rusiya istehsalı olan "Miq-23” və "Su-22” qırcı təyyarələri xidmətdə olub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA