Dünya çempionu həbsxanada özünü öldürdü - Azadlığa çıxmasına 2 gün qalmışdı

img

03-08-2019 [11:11]


Polşalı boksçu və WBC versiyası üzrə gənclər arasında keçmiş dünya çempionu David Kostetski intihar edib.

38 yaşlı idmançı həbsxanada cəza çəkirdi. İslah əmək müəssisəsində Kostetskinin avqustun 2-də səhər saatlarında özünü öldürdüyünü təsdiqləyiblər.

Məlumata görə, Kostetski beşinci dəfəydi həbsxanaya düşürdü. Polşalı cinayətkar qruplaşma təşkilində təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilmişdi. Onun azadlığa çıxmasına iki il qalırdı.

Kostetski sonuncu sonuncu dəfə rinqə 2014-cü ildə çıxıb. O, həmin döyüşdə həmyerlisi Ancey Vaydeyə məğlub olub.

İdmançı karyerası ərzində keçirdiyi döyüşlərdə 39 qələbə qazanıb və iki dəfə məğlubiyyətə uğrayıb.(Lent.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR