İran və Rusiya Fars körfəzində hərbi təlimlər keçirəcək

img

30-07-2019 [13:39]


Yaxın gələcəkdə İran və Rusiya Hind okeanı, Hörmüz Boğazı, habelə Fars körfəzində hərbi təlimlər keçirəcək.

Bunu Rusiyada səfərdə olan İran ordusu Hərbi Dəniz Qoşunlarının komandanı admiralı Hüseyn Xanzadi deyib.

H.Xanzadinin sözlərinə görə, bununla əlaqədar iki ölkə arasında razılıq əldə olunub.

Xanzadi ümid edib ki, bu hərbi təlimlər ilin sonuna kimi reallaşdırılacaq: "Tezliklə bu hərbi təlimlərlə bağlı koordinasiya iclaslarına başlanacaq”.

Trend

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA