Bakıda ağır qəza: 6 nəfər xəsarət aldı

img

29-07-2019 [11:04]


Bakının Qaradağ rayonu ərazisində (Sahil qəsəbəsinə çatmamış, "NUR" marketin yanında) ağır yol nəqliyyat hadisəsi baş verib, mikroavtobus yük avtomobili ilə toqquşub.

Səhiyyə Nazirliyindən Mia.az-a verilən məlumata görə, hadisə ilə bağlı təcili tibbi yardıma çağırış saat 7:42-də daxil olub. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası göndərilib.

Qəza nəticəsində xəsarət alan 6 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb. Yaralılardan 2-nin vəziyyəti ağır, 4-nün vəziyyəti orta ağırdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR