Sabiq nazirin brilyant qolbağını və qızıl külçəsini oğurlayıblar - Yataqda yatarkən...

img

24-07-2019 [15:03]


Fransanın sabiq iqtisadiyyat naziri Tyerri Breton naməlum şəxslər tərəfindən qarət edilib.

Bu barədə "RİA "Novosti" xəbər yayıb.

Bildirilib ki, hazırda "Atos" şirkətlər qrupuna rəhbərlik edən T.Breton və həyat yoldaşı qara paltarlı iki naməlum kişinin evlərinə girib onları döyməyə başladığı zaman yataqda olublar. 

Sonradan quldurlar sabiq naziri tapança ilə hədələməyə başlayıb və zinət əşyalarının saxlanıldığı seyfin açılmasını tələb ediblər. Keçmiş nazir seyfi açdıqdan sonra qarətçilər onu və həyat yoldaşını, eləcə də onların sürücülərini tualetə salaraq qapını arxadan bağlayıb. Bu zaman oğrular qiymətli əşya axtarışını davam etdirərək evi yoxlamağa davam ediblər, işlərini bitirdikdən sonra isə qaçıblar.

Oğurlanmış əşyaların, o cümlədən brilyant qolbaq və qızıl külçənin ümumi dəyəri 55 min avrodan çox qiymətləndirilir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA